banner
banner

İdman

Samuel Armenteros “Qarabağ”dan getdi

Samuel Armenteros “Qarabağ”dan getdi
"Qarabağ" futbolçusu Samuel Armenterosla yolları ayırıb.
Klub futbolçu ilə müqaviləni uzatmamaq qərarı verib. Bu səbəbdən futbolçu çempionat başa çatan kimi komandadan ayrıldığını bildirib. Armenteros ozünün "Twitter" səhifəsində artıq azad agent olduğunu yazıb.
O, azad transfer statuslu oyunçu olmağından məmnunluq duyduğunu yazıb.
Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"a 2015-ci ilin yayında keçib. O, Ağdam təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. Bu ilin yanvarından o, az halda oyunlara çıxıb. Armenteros mövsüm ərzində 23 oyuna 7 qol vurub.
Baş məşqçi Qurban Qurbanovun istəyi ilə futbolçu ilə müqavilənin müddəti uzadılmayıb və kubokun final oyunundan sonra onun rəsmən "Qarabağ"dan göndərilməsi qərara alınıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.