Misirin aviasiya nümayəndələri təyyarənin vurulma ehtimalını da təkzib etmir.
"Egyptair" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yeni faktlar ortaya çıxıb. Misirin naviqasiya xidmətinin rəhbəri təyyarənin radarlardan itməsi ilə bağlı səsləndirilən iddiaların yanlış olduğunu bildirib. O bildirib ki, təyyarə havada olarkən düzgün marşurutla uçub. Misirin aviasiya nümayəndələri təyyarənin vurulma ehtimalını da irəli sürür.
ANS PRESS-in məlumatına görə, Aralıq dənizində qəzaya uğrayan Misirə məxsus təyyarənin uçuş istiqamətindən yayındığına dair iddialar yanlışdır. Misirin naviqasiya xidmətinin rəhbəri Əhəb Əzmi bu barədə açıqlama verib. Əzmi bildirib ki, təyyarə radarlardan itənə qədər doğru istiqamətdə və normal hündürlükdə uçub.
Yunanıstanın müdafiə naziri Panos Kammenos "Eyrbas A320"nin qəzadan əvvəl 90 dərəcə bucaq altında sola və 360 dərəcə bucaq altında sağa dönüşlər etdiyini bildirirdi. Misirin aviasiya nümayəndələri də iddiaları təkzib edirlər.
Təyyarənin vurulması ehtimalı irəli sürülən versiyalar arasındadır. Faktla bağlı istintaq və qalıqların araşdırması prosesi davam edir. Misir hökuməti dənizin altında axtarış əməliyyatlarına başlayıb. 1 həftə əvvəl baş verən qəza nəticəsində 66 nəfər ölüb. Aralıq dənizindən aparılan axtarışlar zamanı sərnişinlərə məxsus əşyalar tapılıb. Misir prezidenti Əbdəl Fəttah əl-Sisi qəzanın səbəblərini müəyyən etmək üçün müəyyən vaxta ehtiyac olduğunu bildirib.
Parisdən Qahirəyə uçan təyyarənin sərnişinlərinin milliyyətləri bilinib. “EgyptAir”in "Twitter"dəki hesabında bu barədə məlumat yer alıb. Şirkətin açıqlamasında qeyd edilir ki, təyyarədə olanlar arasında 15 Fransa, 30 Misir, 1 Britaniya, 2 İraq, 1 Küveyt, 1 Səudiyyə Ərəbistanı, 1 Sudan, 1 Çad, 1 Portuqaliya və 1 Kanada vətəndaşı olub. Təyyarə Aralıq dənizi üzərində radarlardan itib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.