banner
banner

Gündəm

Rus turistlər Azərbaycanı seçir

Rus turistlər Azərbaycanı seçir
Rusiyadan Azərbaycana biletlərin satışı 90 faiz artıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  “Skyscanner” bilet və otel axtarışı xidmətinin araşdırmasında bildirilir.
Araşdırma çərçivəsində qeyd olunan resurs 260 min rusiyalı səyahətçi arasında sorğu keçirib, həmçinin, xidmətin saytı vasitəsilə aviabiletlərin bronlaşdırılmasını təhlil edib.
Məlumata görə, sifarişlərin əksəriyyəti (52 faiz) Rusiya kurortlarını əhatə edir. Ümumilikdə, cari yay mövsümündə  Rusiya turistlərinin 60 faizinin ölkə daxilində istirahət edəcəyi proqnozlaşdırılır. Keçən il bu göstərici 50 faiz təşkil edib.   
“Skyscanner”in araşdırmasına əsasən, daxili istiqamətlərdən başqa rusiyalı turistlər yaxın xaricə daha çox üz tutmağa başlayıb. Belə ki, ötən illə müqayisədə  Rusiyadan Gürcüstana biletlərin satışı iki dəfə, Azərbaycana isə 90 faiz artıb. Bolqarıstanda istirahətə tələbat 31 faiz, Qazaxıstanda – 20 faiz, Ermənistanda isə 16 faiz artıb.  
 
Uzaq xaric kurortlarından isə rusiyalılar daha çox İspaniya və İtaliyaya üstünlük verirlər. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.