banner
banner

Sosİal

“ASAN ödəniş” sistemi iki gün işləməyəcək

“ASAN ödəniş” sistemi iki gün işləməyəcək

26-27 may tarixlərində görülən profilaktik tədbirlərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları xidmət göstərməyəcək.

Bu barədə virtualaz.org-a “ASAN xidmət” dən bildirilib.

“Həmçinin, vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.azportalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq”, - deyə dövlət agentliyindən qeyd edilib

Qeyd edək ki, “ASAN ödəniş” sistemi vasitəsilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar vəwww.asanpay.az portalı vasitəsilə həyata keçirə bilərlər.

İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.