Üç ay əvvəl ailə quran türkiyəli aktyor İsmail Hacıoğlu ata olacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Vildan Ataseverlə 5 illik evliliyinin ildönümündə rəqqasə Duyğu Kaya Kumarki ilə nikah masasına oturan 30 yaşlı aktyor ata olacağının sevincini yaxınları ilə bölüşüb.
"İki Qadın Arasında" proqramının bu günkü buraxılışında Duyğu Kayanın hamilə olduğu və cütlüyün qızları olacağı qeyd olunub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.