İşğal edilmiş Dağlıq Qarabağda daha bir erməni əsgər öldürülüb.
ANS PRESS-in məlumatına görə, 1995-ci il təvəllüdlü David Koloyan cəbhə xəttinin Ağdam hissəsində yerləşən hərbi hissələrdən birində öldürülüb. Ermənistan tərəfi əsgərin hansı şəraitdə öldürülməsi haqda informasiya vermir.
Qeyd edək ki, Ermənistan müdafiə naziri Seyran Ohanyan ötən gün çıxışında 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu bəyan etmişdi.
ANS PRESS-in məlumatına görə, Ohanyan jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin ilk faciəsi Ermənistan silahlı qüvvələrinin giziri Armen Ovanisyanın Qarabağda döyüşlər zamanı ölməsi olub.
"Ordumuz üçün ən gərgin vaxt isə iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həmin an 3 pilotumuz həlak oldu", deyə Ohanyan bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.