banner
banner

Gündəm

“Yumurta atəşi”nin hüquqi cəzası nədir?

“Yumurta atəşi”nin hüquqi cəzası nədir?
Dünyada tez-tez siyasətçilərə, ictimai şəxslərə yumurta, pomidor, ayaqqabı, hətta daş atılmasının şahidi oluruq. Xüsusilə, insanların siyasətçiləri müxtəlif tədbirlərdə “yumurta atəşi”nə tutması  halı geniş yayılıb. 

Ağdaş rayonundan təkrar seçkilərdə deputatlığa namizəd Ümid Partiyasının sədri İqbal Ağazadənin komandasının təbliğat-təşviqat apardıqları zaman rayonda bir qrup şəxs tərəfindən “yumurta atəşi”nə tutulması, bu mövzunu yenidən aktuallaşdırdı. Azərbaycan qanunlarında insanların bu kimi hərəkətlərinə qarşı hansı cəza olduğunu araşdırdıq. 
 
Şəxsə yumurta atmasına görə insana cinayət işi açıla bilər. Bu, istifadə edilən maddənin (əşyanın)  insana hansı cür xəsarət yetirməsindən asılıdır.  Xəsarət yetirməsə belə, İnzibati Xətalar Məcəlləsində bununla bağlı xüsusi maddələr var. Belə ki, həmin maddələrə görə, insidenti yaradan şəxsə müxtəlif məbləğdə  maddi cərimələr tətbiq edilir.  Konkret olaraq maddələrdə aşağıdakılar qeyd olunur:
 
Cinayət Məcəlləsi, maddə 510. Xırda xuliqanlıq 
 
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
 
Lakin qaydanı pozan tərəf  qarşısındakı insanın əmlakına, şəxsinə ciddi zərər verirsə, bu zaman ona cəza Cinayət Məcəlləsinə  uyğun olaraq verilir. Cinayət Məcəlləsində isə yuxarıdakı məsələ ilə bağlı aşağıdakı maddələr var.
 
CM, maddə 127. Qəsdən sağlamlığa az ağır zərər vurma 
 
127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma— iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Konkret olaraq seçkilərlə bağlı isə Cinayət Məcəlləsində qeyd olunur:
 
Maddə 159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma - iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
 
159.4.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə; 
 
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
 
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
159-1.1. Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma - iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.