banner
banner

Sağlamlıq

Nanənin qızıldan qiymətli FAYDALARI

Nanənin qızıldan qiymətli

Bir çox insan mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yabanı nanəni məsləhət görürlər. Aile.lent.az yabanı nanə və onun faydaları haqqında məlumatı təqdim edir.

İlk növbədə nanə mədədə yaranan qazın aradan qaldırılmasında və iştahanın açılmasında effektiv rol oynayır. Nanə keçmiş dövrlərdə də mədə ağrılarına qarşı dərman kimi istifadə edilib. Hətta bir çox dərman dükanlarında xüsusilə mədə müalicəsi üçün satılıb.

Nanənin tərkibində uçucu yağ, tanen və acı maddə var. Bu bitkinin tərkibində olan faktorlar mədə problemi yaşayanlar üçün olduqca təsirlidir. Bununla yanaşı, nanənin kişilərdə güc artırma, ürək gücləndirmə, bədəndəki spazm ağrıları və ruhi-əsəbi narahatlıqlarını aradan qaldırmaq kimi faydaları da var.

 

Təbii dərman olan nanənin istifadə qaydası:

1-2 çay qaşığı qurudulmuş çöl nanəsi yarpağı üzərinə 1 stəkan qaynar su tökülür. 10-15 dəqiqə dəmlənməyə qoyulur. Çay gündə üç dəfə içilə bilər. Çox içmək məsləhət deyil, çünki başgicəllənməyə səbəb olar. Böyrək problemi olanlar da nanədən uzaq durmalıdırlar. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.