Ağdaş yol polisinin əməkdaşları qayda pozan sürücülərə qarşı reyd keçirib. “Report”un xəbərinə görə, reyd zamanı bir necə sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə qaydalarının pozulması, qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədlərinin qaydasinda olmayan sürücülər aşkar edilib.
Reyd zamanı doqquz sürücü avtoxuluqanlıq etdiyinə görə saxlanılıb. Habelə reyd zamanı toy karvanında olan maşınların sürücülərinin avtoxuliqanlıq etmələri aşkarlanıb. Yol polisləri tərəfindən dəfələrlə “saxla” əmri verilsə də, onlar buna məhəl qoymayıblar. Avtomobillər saxlanılaraq sürücülər barəsində tədbir görülüb.
Yol polisi tərəfindən saxlanılan sürücülər isə qayda pozuntularına görə özlərinə haqq qazandıraraq bunun toy adəti olması ilə əsaslandırıblar.
Saxlanılan 8 sürücü barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən 18 gün, bir sürücü barəsində isə 15 gün müddətinə inzibati qaydada həbs və 1 il sürücülük hüququndan məhrumetmə qərarı verilib.
Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.