banner
banner

Sağlamlıq

Bəyaz dişlərin düşmənləri

Bəyaz dişlərin düşmənləri
Dişlərinizi hər gün fırçalasanız da, onlar reklamlardakı kimi ağappaq görünmür? Bunun səbəbi gün ərzində qəbul edilən içki və qidaların bir çoxunun dişlərə zərər verməsidir. Dişlərinizin sağlamlığını aşağıdakı içki və qidalar korlaya bilər. Limonad İsti günlərdə ən çox sevilən içki olan limonad dişlərin düşmənidir. Limonadın tərkibindəki turşular və şəkər diş minasına zərər verir. Şərab Qırmızı şərab da dişləri saraldan içkilər sırasındadır. Onun qədər zərərli olmasa da, ağ şərab da dişə zərər verir. Şərab bəzi qidalarla birgə qəbul edildikdə dişlər üçün əsl təhlükə mənbəyinə çevrilir. Məsələn, yeməkdən öncə 2 qədəh ağ şərab içib daha sonra pomidor sousu ilə makaron yesəniz, dişlərinizdə ləkə yarana bilər. Yaşıl çay Orqanizm üçün çox faydalı olan yaşıl çay, təəssüf ki, dişlərə ziyan vurur. Ancaq bu baxımdan adi çay da ən az yaşıl çay qədər zərərli hesab edilir. Ona görə də, çay içdikdən sonrakı 30 dəqiqə ərzində dişlər mütləq fırçalanmalıdır.(publika.az) Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.