banner
banner

Gündəm

Milli Məclisdə deputatlar uşaqlarla bir arada

Milli Məclisdə deputatlar uşaqlarla bir arada

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycannın bütün uşaqlarını 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.

Parlamentin bugünkü plenar iclasında İctimai Televiziyanın layihəsi əsasında 30-a yaxın uşaq iştirak edib.

O.Əsədov çıxışında qeyd edib ki, uşaqların iclasda iştirakı sevindiri haldır: “Onlar necə də sakit və mədəni şəkildə oturub iclasın gedişinə qulaq asırlar. İnanıram ki, gələcəkdə onlar da Milli Məclisdə təmsil olunan deputatlar sırasında olacaq”.

Uşaqlar isə öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər.

Bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilir,

İclasın gündəliyinə 12 məsələ, o cümlədən "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik, Cinayət Məcəlləsində dəyişikliklər və digər bir sıra qanunlara dəyişikliklər daxildir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.