banner
banner

Dünya

Rusiyada türk bayrağı ilə gəzən rus VİDEO

Rusiyada türk bayrağı ilə gəzən rus VİDEO

Paytaxt Moskvada rus gənc türk bayrağı ilə maraqlı bir təcrübə keçirib.

Anspress bildirir ki, gənc çiyninə türk bayrağı alaraq küçələri dolaşıb və rusların buna necə reaksiya verəcəklərini sınaqdan keçirib.

Sosial mediada böyük səs-küyə səbəb olan təcrübə izləyənləri təəccübləndirib. Özünü bir türk turist kimi qələmə verən rus gənc insanlara yaxınlaşaraq Rusiyaya yeni gəldiyini söyləyib. Bu zaman ruslarla gənc arasında maraqlı dialoq ortaya çıxıb.

Qırmızı Meydanda insanlara yaxınlaşaraq ünvan soruşan gəncə münasibət bir-birindən fərqli olub. Bəziləri bayrağa sərt reaksiya verib, bəziləri isə ona getmək istədiyi ünvanı izah ediblər.

Xatırladaq ki, ötən ilin noyabrında Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arsında vəziyyət gərginləşib. Bu, iki ölkə vətəndaşlarının bir-birinə münasibətinə də təsir edib. Baş verən hadisədən sonra Rusiya Türkiyəyə çoxlu sayda sanksiyalar tətbiq edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.