Sabiq təhsil naziri, professor Firudin Cəlilovun səhhəti yaxşılığa doğru inkişaf edir. CİA.Az Modern.az-a istinadən xəbər verir ki, eks-nazirin Türkiyədə yaşayan tələbəsi onun səhhətinin yaxşılışdığını və özü ilə də danışdığını bildirib: “Dəyərli müəllimim Firudin Cəlilovla elə indicə danışdım. Həkimi Mikayil Kəskinə onun səsini eşitmək istədiyimi bildirdim. İki dəqiqədən sonra müəllim özü mənə zəng etdi. Allaha şükür ki, çox yaxşıdır. Hər kəsə salamı var”.
Qeyd edək ki, dekabrın 15-də səhhəti kəskin pisləşən alim təcili olaraq əvvəl də əməliyyat olunduğu Ankara xəstəxanasına aparılıb. Dekabrın 17-də F. Cəlilov 6 saatlıq əməliyyat keçirib.
Uğurla keçən əməliyyatda alimin sol ayağının arterial qan damarı dəyişdirilərək süni damarla əvəz edilib, dekabrın 20-də isə alim ikinci dəfə əməliyyat olunub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.