banner
banner

Şou

Sevgilisini öldürən modelə 15 il həbs cəzası

Sevgilisini öldürən modelə 15 il həbs cəzası

Slovakiyalı model Mariya Kukuçova ingilis sevgilisi, milyonçu Endryu Buşu öldürdüyü üçün 15 il həbs cəzasına məhkum edilib.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün baş tutan məhkəmə prosesində hakim qərarını açıqlayıb. Sevgilisinə üç atəş açan M.Kukuçova onun yerə düşdüyü zaman müdafiəsiz qalmasına acımayıb. Sonuncü güllə ilə onu qətlə yetirən model 15 il azadlıqdan məhrum edilib. Bəlli olub ki, Kukuçova ilk atəşi sevgilisinin qoluna, ikinci atəşi beynin yan tərəfinə, üçüncüsünü isə alnının ortasına açıb.

Hakim Kukuçovanın polisləri çaşdırmaq üçün cinayəti törətdiyi tapançanı sevgilisinin sol əlinə qoyduğunu və avtomobilinə minərək, evdən ayrıldığını bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.