banner
banner

Sosİal

Bakıda qeyri-adi baş daşları - VIDEO

Bakıda qeyri-adi baş daşları -
Novxanı kənd qəbiristanlığında bir neçə qəbir qeyri-adiliyi ilə seçilir. Dünyasını dəyişmiş şəxslərin peşələri onların qəbir daşlarında həkk olunub. Hətta elə qəbir var ki, mərhumun peşəsinə uyğun abidə qoyulub.
 
Bir qəbir “Balami” ləqəbli mərhum Məmmədbağır Sadıqova məxsusdur. 1891-ci ildə doğulan Məmmədbağır Sadıqov 19 il sürücü məktəbinin müəllimi işləyib. 55 il əvvəl qoyulan bu abidə də məhz onun peşəsini xatırladır.
 
Novxanı qəbiristanlığında bu qəbildən qəbir daşlarının sayı çoxdur. Kim hansı peşənin sahibi olubsa, qəbir də ona uyğun hazırlanıb.
 
“Qozbel Tofiq” kimi tanınan mərhumun qəbir daşında mişar şəkli əks olunub.
 
Daraq və qayçını görən şəxs isə mərhumun vaxtilə bərbər olduğunu anlayır.
 
Hələ bu harasıdır. Çoban olduğu üçün baş daşına qoyunla rəsmini yerləşdirənlər də var.
 
Qəbiristanlıqda şair, həkim və din xadiminin də qəbirləri diqqət çəkir.
 
82 il yaşamış Hacıbala Babayev isə faytonçu olub. Başqa bir qəbrin üstündə isə qoç şəkli həkk olunub.
 
Molla Seyidqulu Quliyevin sözlərinə görə, bu qəbirlər digərlərindən çox diqqət çəkir. Məhz bu səbəbdən də qəbiristanlığa ziyarətə gələnlər onların şəxsiyyətləri ilə maraqlanırlar. Bununla belə, bu ənənə artıq tarixə qovuşub. İndi insanlar diqqət çəkmək üçün dəbdəbəli qəbirlərə üstünlük verirlər. /Xəzər TV/


Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.