banner
banner

Sosİal

Bakıda taksilərə qarşı əməliyyat

Bakıda taksilərə qarşı əməliyyat

Bu gün səhər saatlarında metronun “20 Yanvar” stansiyası ətrafında fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçirilib.

Axar.az-a verilən xəbərə görə, nəqliyyat müfəttişləri lisenziyasız işləyən və vergi ödəməyən sürücülərlə bağlı tədbirlər görməyə başlayıb. Taksi sürücüləri arasında fərqlənmə nişanı almayanlar və qaydaları pozanlar aşkarlanıb.

Lisenziyasız, qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı problem aktual olaraq qalmaqdadır. Taksi fəaliyyəti ilə məşğul olanların ilk növbədə 5 illik lisenziyası olmalıdır. Bu lisenziya üçün 150 manat, beynəlxalq daşımalar üçün 200 manat ödəniş olunmalıdır.

Aylıq fərqlənmə nişanına görə də qazanca uyğun vergi verilməlidir. Eyni zamanda, həmin şəxs müvafiq dövlət standartına uyğun olaraq avtomobilini xüsusi formaya salmalı, avtomobildə sayğac və post-terminal quraşdırılmalıdır. Post-terminallar nağd ödənişin aradan qaldırılması üçündür.

Lisenziyasız fəaliyyətə görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat cərimə nəzərdə tutulur. Nəqliyyat Nazirliyi bəyan edib ki, Avropa Yay Oyunlarına qədər Bakıda “London taksiləri”nin sayı yavaş-yavaş artırılacaq. Hazırda Bakıda tələbatdan 3 dəfə çox, 15 mindən artıq qeyri-qanuni taksi fəaliyyəti göstərən var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.