R.Koçaryan: ”Azərbaycan Ordusu bizə çox problem yaşatdı”
“Azərbaycan Ordusunun silahlarının keyfiyyətcə üstün olması sirr deyil. Bunu bilmək başqadır, döyüş meydanında qarşılaşmaq isə başqa".
Bu barədə erməni KİV-ə müsahibəsində Ermənistanın sabiq prezidenti dördgünlük müharibəni şərh edərkən deyib.
"İroniya ondan ibarətdir ki, KTMT üzvü olan, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan rəqibinə silahın keyfiyyəti cəhətdən uduzdu. Cəmiyyətin ağrılı reaksiyası burada aydındır. Hamı istəyirdi ki, Rusiya ilə hərbi ittifaq bu balansı qoruyub saxlamağa zəmanət versin. Digər tərəfdən isə, Ermənistanın Qarabağdakı təhlükəsizliyini qoruyub saxlaya bilsin”.
Ermənistanın sabiq prezidenti hesab edir ki, hərbi münaqişənin kəskinləşməsi Rusiya üçün sərfəli deyil, bu onu vasitəçilər arasında çətin seçim qarşısında qoyur.
“Ən yeni hərbi silahlarla hücuma keçməklə Bakı hərbi balansı pozdu. Bu niyə baş verdi? Bu hadisələrin qarşısını almaq mümkün idimi? Bu suallar uzun müddət müzakirə predmeti olaraq qalacaq.
Ermənistan müqavilənin yerinə yetirilməsini dayandırmalı idi. Bunun üçün kifayət qədər dəlillər var. Dəlillər kifayət qədər çoxdur. Mənə bir şey aydındır: hakimiyyət var gücü ilə bunun qarşısını almağa çalışdı, amma bunu etmək mümkün olmadı. Buna görə də, qiymətləndirməkdən çəkinirəm”, - deyə Koçaryan əlavə edib.
Onun sözlərinə görə, Ermənistan bir sıra hərbi sursatların alınmasına hazır deyildi.
“Artıq iki ildir ki, düşmən ordusu bizə çox problemlər törədir. Çünki bütün silahlarla təchiz edilib. Ordunu gecə görmə cihazları, rabitə vasitələri, fərdi mühafizə vasitələri ilə təchiz etmək üçün bizə nə mane olurdu? Bu boşluqları aradan qaldırmaq lazımdır və bu istiqamətdə işlər aparılır”, - deyə o bildirib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.