Türkiyəli aktyorlar Özcan Dəniz və Nurgül Yeşilçay Bakıya gələcək. Bu haqda Axşam.az-a Nizami Kino Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda aktyorlarla danışıqlar gedir və payızda baş tutacaq səfərin vaxtı dəqiqləşdirilir. Özcan və Nurgül yeni çəkildikləri “İkinci şans” adlı filmin qala gecəsində iştirak edəcəklər.
Qeyd edək ki, prodüserliyini Özcan Dənizin etdiyi ekran işinin çəkilişləri bu ilin martından başlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.