Fransa polisi rus həmkarları ilə birlikdə məşhur erməni art-diler, milyonçu Qarik Basmacyanı axtarır.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni milyonçu vaxtilə SSRİ-yə Ermitaj və Tretyakov qalereyasında nümayiş etdirmək üçün dəyəri 100 milyon olan unikal rəsm əsərləri gətiribmiş. Moskvada danışıqlar aparan erməni art-diler sonradan qəflətən yoxa çıxmışdı. Onun Fransadan gətirdiyi misilsiz rəsm əsərləri isə hələ də Ermitajda saxlanılır.
Artıq bu sirli işdə irəliləmənin də olduğu da bildirilir. Fransada keçmiş boksçu, SSRİ vətəndaşı olan Aleksandr Podlesnıy saxlanılıb. Onun erməni milyonçunun izsiz-soraqsız yoxa çıxmasında əli olduğu bildirilir.
Qeyd edək ki, Qarik Basmacyan 1947-ci ildə Yerusəlimdə doğulsa da 1960-cı illərdə İrəvana gəlmişdi. 1977-ci ildən Parisdə yaşamağa başlayan erməni sonradan Avropada tematik topluların ən böyük melliflərindən birinə çevrilmişdi. Onun sərgiyə çıxarmaq üçün Parisdən SSRİ-yə apardığı rəsm əsərlərinin müəyyən hissəsini götürərək digər ölkəyə qaçdığı ehtimal edilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.