banner
banner

Sosİal

Bu gün ölkə ərazisində niyyət axşamıdır

Bu gün ölkə ərazisində niyyət axşamıdır

Bu gün müqəddəs ramazan ayının başlaması münasibətilə ölkə ərazisində oruc tutanlar üçün niyyət axşamıdır.

Niyyət axşamı oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi deməkdir. Niyyət edən müsəlmanlar bir ay boyunca oruc tutacaqlarını, 11 ayın sultanı Ramazanı ibadətlə geçirəcəklərini Allah qarşısında dilə gətirirlər.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.

İyunun 7-də başlayacaq Ramazan ayı İslam dinində böyük önəmə malikdir. Bu ay islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır. Ramazan günahların bağışlandığı, duaların qəbul edildiyi  müqəddəs günlərin ayıdır. Fəzilətinə, xeyirinə görə İslam peyğəmbərinin 11 ayın sultanı adlandırdığı Ramazanı faydalı keçirmək vacibdir.

Qafqaz Müsəlmanları İdarəsi bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, dindarlardan digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadə etməməyi tələb edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.