banner
banner

Dünya

Məşhur yazar: Ermənilər Almaniyanı tələyə saldı

Məşhur yazar: Ermənilər Almaniyanı tələyə saldı
Almaniya Bundestaqı "erməni soyqırımı" ilə bağlı qətnaməni qəbul edərkən iclasda məclisin 1/3-i iştirak edirdi. Merkelin tərəfdarları və hökumət üzvləri orada yox idi.
 
Axar.az xəbər verir ki, bu sözləri məşhur türkiyəli yazar Alov Alatlı deyib.
 
Bundestaqın qərarına başqa bir aspektdən yanaşan Alatlı Türkiyənin deyil, Almaniyanın tələyə düşdüyünü bildirib.
 
Almaniyanın Türkiyəni küsdürməsinin birincilərin əleyhinə olduğunu qeyd edən Alatlı Türkiyənin qıcıqlandırılmasının Almaniyanın heç bir işinə yaramayacağını vurğulayıb:
 
"Əslində tələyə düşən Türkiyə deyil, Almaniyadır".
 
Almaniyanın II Dünya müharibəsindən sonra beynəlxalq arenadan təcrid edilməsi üçün iş aparıldığını deyən Alatlı hələ ilk dünya müharibəsindən almanların Yaxın Şərqin neftlə tamamilə əlaqəsinin kəsildiyini bildirib.
 
 Rusiya ilə əlaqələrini kəsdilər, indi də Türkiyə ilə. İranla da əməkdaşlıq dayandırıldı. Ortada bir təcridedilmə var. Mənim fikrimcə, bu adamlar Almaniyanı kilidləyirlər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.