Sənəti qədər fanatları ilə münasibətdə gündəmə gələn Teylor Svift iki pərəstişkarının toy məclisində iştirak edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ulduzun toya gəlişi bəylə gəlin üçün sürpriz olub. Sənətçinin gəlişindən xəbərsiz olan pərəstişkarı, səhnədə onları təbrik edən müğənniyə çaşqın vəziyyətdə baxıblar. Səhnədən enəndən sonra səbəbkarlarla fotolar çəkdirən müğənni etiraf edib ki, bu addımı bəyin xəstə yatan anasının arzusunu gerçəkləşdirmək üçün atıb. Xəstə ana sənətçiylə gizlincə əlaqə yaradaraq, övladının toyunda iştirakını rica edib. Bəlli olub ki, həm gəlin, həm bəy Teyloru dəli kimi sevən fanatlarıdır. Müğənni bəyin anasının sevdiyi "Blank Space" mahnısını da səsləndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.