banner
banner

Gündəm

İslam ölkələrində dini bayramlar niyə eyni günə təsadüf etmir?

İslam ölkələrində dini bayramlar niyə eyni günə təsadüf etmir?

“Bu yaxınlarda Türkiyədə dini bayramların islam ölkələrində eyni gündə keçirilməsi ilə bağlı böyük bir toplantı keçirilib. Həmin tədbirdə bu məsələ ilə bağlı geniş müzakirələr aparılıb. Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, islam ölkələrində dini bayramlar və dini mərasimlər eyni gündə keçirilsin və vahid təqvim tətbiq edilsin”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, hazırda bu məsələnin üzərində iş gedir: “Burada əsasən aparıcı islam ölkələrinin atacağı addımlar önəmlidir. Tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələ müzakirə olunsun. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də hansısa bir qətnamə qəbul edilməlidir”.

M.Qurbanlının onu da deyib ki, bu məsələdə Azərbaycanın mövqeyi islam dünyasında vahid təqvim sisteminin tətbiq olunmasından ibarətdir: “Burada hər hansı ayrı-seçkilik və parçalanma olmamalıdır. Biz islam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Amma bu, hələlik müzakirə olunur. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr keçirildikcə Azərbaycan mövqeyini bildirəcək”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.