Sabah saat 10:00-dan 18:00-a qədər Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Virtualaz.org “Azəriqaz” İB-yə istinadən bildirir ki, təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. Cia.az
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.