banner
banner

Gündəm

Türkiyə rus pilotları azərbaycanlılarla əvəz etdi

Türkiyə rus pilotları azərbaycanlılarla əvəz etdi

Türkiyə bu il meşə yanğınlarını söndürmək üçün Rusiya deyil, Azərbaycan pilotlarının xidmətindən istifadə edəcək.

Buna səbəb kimi Ankara və Moskva arasında baş verən qırıcı qalmaqalı göstərilir.

Muğla şəhərinin Meşə Bölgə Təşkilatının rəhbəri Mehmet Çelik deyib ki, rusları azərbaycanlılarla yanaşı Qazaxıstan və Ukrayna pilotları əvəz edə biləcək. Çelik bildirib ki, Muğla şəhərinin meşələrində baş verə biləcək yanğının qarşısını almaq üçün 1400 işçi təlimatlandırılıb: “68 faizi meşə ilə örtülən şəhərin yanğından mühafizəsi üçün 4 helikopter ayrılıb. Helikopterlərdən 3-ü artıq hazır vəziyyətə gətirilib. Həmçinin yanğınları söndürmək üçün 250 texniki personal, 33 su maşını və digər müvafiq texnika cəlb ediləcək. Amma bu il həmin helikopterləri Rusiya pilotları idarə etməyəcək. Belə bir addımın atılmasına səbəb iki ölkə arasında baş verən diplomatik gərginlikdir”.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozan Rusiya qırıcısı Silahlı Qüvvələr tərəfindən vurulub.

Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də Rusiya bu iddiaları rədd edib.

Noyabrın 29-da Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə sanksiyalar tətbiq olunması barədə qərarından sonra Rusiyanın cənub dənizlərinə çıxışı olan Türkiyə boğazlarının bağlanması məsələsi gündəmə gəlmişdi.

Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırıb. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.