banner
banner

Dünya

Ərdoğan: 7600 PKK üzvü məhv edilib

Ərdoğan: 7600 PKK üzvü məhv edilib
Türkiyənin güc strukturları 2015-ci ilin iyul ayından bu günə kimi Türkiyədə PKK terror təşkilatının 7600 nəfər üzvünü məhv edib. 
Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bizim təhlükəsizlik qüvvələri 2015-ci ilin 20 iyulundan ölkə daxilində və onun hüdudlarından kənarda 7600 terrorçunu məhv edib. Separatçı PKK terror təşkilatı tarixində ən böyük məğlubiyyətə uğrayıb" – deyə Ərdoğan güc strukturları nümayəndələrinin, kürd terrorçuları ilə toqquşmalarda həlak olanların ailə üzvləri qarşısında çıxış edərkən qeyd edib.
2015-ci ilin iyulunda əməliyyatların bərpasından sonra Türkiyədə PKK terrorçuları ilə toqquşmalarda 480 nəfərdən artıq hərbçi və polis əməkdaşı həlak olub. 
Bir qədər əvvəl isə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı bu müddət ərzində 5 min nəfərə yaxın kürd terrorçusunun məhv edilməsi barədə məlumat yayıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.