banner
banner

Dünya

“Facebook”a qadağa qoyuldu

“Facebook”a qadağa qoyuldu

İngiltərənin nüfuzlu qəzetlərindən olan “The Telegraph” məşhur sosial şəbəkə saytı “Facebook”a Rusiyadan girişə qadağa qoyulduğu barədə iddia irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın aparıcı müxalif lideri olan Aleksey Navalnı dəstək məqsədilə açılan “Facebook” səhifəsində istifadəçilərin girişinə əngəl qoyulduğunu yazıb. O, Rusiya hökuməti tərəfindən edilən təzyiqlərdən sonra bu halın baş verdiyini vurğulayıb.

Aleksey Navalnı qardaşı Oleqlə birlikdə Fransanın “Yves Rocher” kosmetika şirkətinin filialından təxminən 27 milyon rubl mənimsəməkdə ittiham olunurlar. Buna görə Aleksey Navalnıya 10, qardaşına isə 8 il iş istənilib. Söügedən səhifə də yanvarın 15-də həbsə gedəcəyi bildirilən Navalnıya dəstək məqsəilə açılmışdı.

Qeyd edək ki, “The Telegraph” qəzeti yaydığı xəbərdə Rusiya prezidenti Vladimir Putinin bir müdət əvvəl interneti ““CIA” (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) layihəsi” adlandırdığını da yazıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.