“Hazırda Masazır və Zığ sürüşmə sahələrində aktivlik müşahidə olunur”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
Baş geoloq qeyd edib ki, son günlər Masazır və Zığ sürüşmə sahələrindəki mövcud çatlarda müəyyən genişlənmələr əmələ gəlib.
Ə. Piriyev əlavə edib ki, Badamdar, Bayıl, Qaraçuxur, Şəhidlər Xiyabanı, “Gülüstan” sarayı ətrafındakı sürüşmə sahələrində daimi monitorinq işləri aparılır, hazırda həmin ərazilərdəki sürüşmə sahələrində quraşdırılmış mayaklarda çatlar qeydə alınmayıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.