banner
banner

Sosİal

Nazirlik könüllü işçilər axtarır

Nazirlik könüllü işçilər axtarır

Azərbaycan Səhiyyə Nazirliyi Bakı 2015 I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunması üçün müvafiq işlərə başlayıb.

ANS PRESS-in verdiyi məlumata görə, 2015-ci ilin iyun ayında paytaxt Bakıda keçiriləcək I Avropa Oyunlarında dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı iştirak edəcək.

Qonaqlar bu yarışmada iştirak üçün 20 günə yaxın müddət ərzində ölkəmizdə olacaqlar. İştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlıq üçün dəvət edir.

Könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərin ali tibbi təhsili (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə), yaşı 25 - 45 arasında olmalıdır. Seçim zamanı xarici dilləri bilən şəxslərə üstünlük veriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.