banner
banner

Sağlamlıq

Əriyin sağlamlığa faydaları

Əriyin sağlamlığa faydaları

Yay mövsümünün ən dadlı meyvələrindən olan əriyin faydaları nələrdir? Hansı xəstəliklərə yaxşı təsir edir? Ərikdən dərini gözəlləşdirmək üçün istifadə etmək olarmı? Sizə əriyin faydalarını təqdim edirik.

- Ərik xüsusilə qadınlar üçün faydalı hesab edilir. Çünki xanımların dərisinə, həzm sisteminə və ruh sağlamlığına müsbət təsir edir.

- Bu meyvə həzmi asanlaşdırır. Çoxlu lif ehtiva etdiyi üçün qəbizlikdən əziyyət çəkənlərə kömək olur. Hər səhər ac qarına 2 ədəd ərik yeyib, üstündən bir stəkan su içmək həzm sisteminə yaxşı təsir edir.

- Ərik ürək xəstəliklərinin qarşısını almağa qadirdir. Antioksidantlar baxımından olduqca zəngin olan bu meyvə damarları qoruyur, stressi azaldır.

- Bu dadlı meyvə göz sağlamlığı üçün də faydalıdır.

- Ərik dəmirlə zəngindir. Onun 100 qramı 6 mg dəmir ehtiva edir. Buna görə də, dəmir çatışmazlığı səbəbilə meydana gələn bütün xəstəliklərə çarə olur.

- Baş ağrısından xilas olmaq üçün də ərikdən faydalana bilərsiniz. Ərik miqren ağrılarını azaldır.

- İnkişaf dövründəki uşaqlar çoxlu ərik yeməlidirlər. Bu onların inkişafını dəstəkləyir.

- Bu meyvə sayəsində qüsursuz dəriyə qovuşmaq mümkündür. Ərik eqzamaya yaxşı təsir edir.

- Ərikdən hazırlaya biləcəyiniz üz maskaları dərinin elastikliyini bərpa edib daha gənc görünməyinizə səbəb olar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.