banner
banner

Hərbİ

Hərb adamları Moskvada

Hərb adamları Moskvada

Moskvada bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin xarici işlər və müdafiə nazirlərinin görüşü keçiriləcək.

ANS PRESS-in RİA "Novosti"yə istinadla verdiyi məlumatına görə, tədbir KTMT-nin növbəti sessiyasına hazırlıq çərçivəsində təşkil olunur. Xarici işlər nazirlərinin birgə şura iclası və KTMT-nin Məsləhət Şurasının iclası bu gün baş tutacaq.

Birgə iclasın gündəliyinə kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi, xarici siyasətin koordinasiyası, hərbi əməkdaşlığın inkişafı və digər məsələlər çıxarılacaq.

Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, əsas diqqət KTMT-nin nizamnaməsinə uyğun olaraq sədrliyin Rusiya Federasiyasından Tacikistan Respublikasına keçməsinə yönəldiləcək. İştirakçılar dövlət başçılarının birgə bəyanatının layihəsinə baxacaq. Həmçinin təşkilatın sessiyasına hazırlıqla bağlı bir sıra sənədlər, o cümlədən KTMT-nin inzibati-maliyyə məsələləri müzakirə ediləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.