banner
banner

Hərbİ

2 aprel, saat 04.15: Azərbaycan xüsusi təyinatlıları düşmən mövqelərinə hücum edir SENSASİON VİDEOKADRLAR

2 aprel, saat 04.15: Azərbaycan xüsusi təyinatlıları düşmən mövqelərinə hücum edir

Ermənistanda bu ilin aprel ayının 2-nə keçən gecə Azərbaycan ordusunun bölmələrinin düşmən mövqelərinə hücumunun ilk dəqiqələrini əks etdirən sensasion videokadrlar yayılıb.

Virtualaz.org xəbər verir ki, kadrlarda onlarla Azərbaycan əsgərinin erməni mövqelərinə yaxınlaşdığı əksini tapır. Kadrlar saat 04.15-dən başlayaraq gecə müşahidə cihazından çəkilib, Bu kadrların yayılması Ermənistanda birmənalı qarşılanmayıb.

“Aydındır ki, bu kadrları dərc edənlər erməni ordusunun və erməni dövlətinin maraqlarını güdməyiblər. Əgər kadrlar realdırsa o zaman onların yayılması ən azı hərbi sirrin açılmasıdır. Dünyada bunun bir adı var-satqınlıq”-erməni politoloq Qrant-Melik Şahnazaryan Facebook səhifəsində yazıb. O, günahkarları tapıb cəzalandırmağa çağırıb.

Yerkir.am saytı isə Ermənistan Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadən bildirir ki, internetə yarımçıq material qoyulub. Həmin kadrlarda Azərbaycan əsgərlərinin erməni mövqelərinə doğru irəlilədiyi əksini tapsa da iddia edilir ki, bu döyüşdə ermənilər heç bir mövqeni əldən verməyiblər.

Lakin kadrlardan görünür ki, erməni əsgərləri Azərbaycan ordusunun yaxınlaşdığını görüb təşviş içərisində bir-birlərinə zəng vururlar. Azərbaycan Müdafiə Nazirliyi kadrların yayılmasına şərh verməyib.

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.