|
“Avro-2016”nın F qrupunda keçirilən Portuqaliya – İslandiya oyununda Avropa çempionatları tarixində 600-cü qol vurulub.
Qol.az-ın məlumatına görə, Portuqaliya millisinin hücumçusu Luiş Nani matçın 31-ci dəqiqəsində rəqib qapısına yol taparaq yubiley qolu reallaşdırıb. Avropa çempionatlarının yubiley qollarını təqdim edirik 1-ci qol – Milan Qaliç (Yuqoslaviya), 06.07.1960, Yuqoslaviya – Fransa-5:4 100-cü qol – Alen Jiress (Fransa), 16.06.1984, Fransa – Belçika-5:0 200-cü qol – Kim Vilfort (Danimarka), 26.06.1992, Danimarka – Almaniya-2:0 300-cü qol – Zlatko Zaxoviç (Sloveniya), 18.06.2000, İspaniya – Sloveniya- 2:1 400-cü qol – Tyeri Anri (Fransa), 21.06.2004, İsveçrə - Fransa-1:3 500-cü qol – Xavi Ernandes (İspaniya), 26.06.2008, İspaniya – Rusiya -3:0 600-cü qol – Luiş Nani (Portuqaliya), 14.06.2016, Portuqaliya – İslandiya -1:1 |


