Türkiyəli müğənni Əmrah həyat yoldaşı Sibel Erdoğanın doğum gününü İnstaqramdan təbrik edib.
Müğənni həyat yoldaşının fotosunu paylaşaraq bunları yazıb: "Gözəllər gözəli, canım həyat yoldaşım, yaxşı ki, doğulmusan. Gözəl illər arzulayıram sənə. Yaxşı ki, Rəbbim bizi bir-birimizə qismət edib, heç zaman ayırmasın inşallah. Sevdiyim oldun, güvəndiyim oldun, sevgim oldun. Bil və heç vaxt unutma, səni çox sevirəm".
Əmrahın bu etirafı İnstaqramda rekord sayda bəyənilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.