Aktrisa Neslihan Atagüllə nişanlısı Kadir Doğulu toy hazırlıqlarına başlayıblar. iyulun 8-də nikaha daxil olacaq cütlüyün toyunun bəzi detalları məlum olub. Neslihan və Kadirin Kanlıcadaki dəniz mənzərəli oteldə baş tutacaq toyunun dəvətnamələri artıq hazırdır. Təbbi yarpaqlardan hazırlanmış dəvətnaməyə cütlük "toy mərasimimizə dəvətlisiniz" sözü ilə yanaşı, "uşaqlara şirin yuxular" sözünü də yazmağı unutmayıblar. Cütlük saat 19:30-da kəsiləcək nikahdan sonra qonaqları ilə gecə yarısına kimi əylənəcəklər. Neslihanın oynadığı “Kara sevda” artıq mövsümün finalına yaxınlaşıb. Nişanlılar sənət işlərini bir kənara qoyub, ancaq toya hazırlaşacaqlar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.