banner
banner

Sosİal

ANS-dən sərt açıqlama

ANS-dən sərt açıqlama
Əməkdar jurnalist Ləman Ələşrəfqızının işdən getməsinə ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov aydınlıq gətirib.
Publika.az-a açıqlamasında müşavir deyib: “Mən bu saat ona zəng edirəm ki, məsələni aydınlaşdırım, amma telefona cavab vermir. Adam dalaşar da, barışar da. Amma bir xırda məsələnin üstündə başqa yaxşılıqların üstünə  qara “kraska” çəkməz. Keçən il bütün kollektiv yığışıb xahiş etdi ki, ona Əməkdar jurnalist adı verilsin. Bunu kim elədi? Əlbəttə ANS. İndi bu yaxşılıqların qabağında gedib ağzına gələni yazmaq düzgün deyil axı”.
 
“L.Əliəşrəfqızı yenidən ANS-ə qayıdarsa, işinə bərpa olunacaqmı?” sualına M.Məmmədovun cavabı belə olub: “Hirslənib, soyuq su içsin, qayıtsın işinə”.
 
Qeyd edək ki, jurnalist işdən getməsi barədə sosial şəbəkədə yazıb və ANS rəhbərliyini ittiham edib: “20 ildir jurnalistikadayam. Şükür Allaha, bu sahədə fəaliyyətim göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. “Zərdabi” mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə “sağ olun” deyirəm, görməzdən gələnləri vicdanları ilə baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Hər şeydən çox yoruldum - haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.