Təmas xəttində - Tərtər rayonunda kombayn ermənilərin atəşinə məruz qalıb.
Hadisə rayonun cəbhə xəttinə yaxın yerləşən Yuxarı Qaradağlı kəndi ərazisində baş verib.
Kombayn kənd ərazisində əkin sahələrində taxıl biçərkən qarşı tərəfdən atəşə tutulub. Gülləbaran nəticəsində kənd təsərrüfatı texnikasına ziyan dəysə də, kombaynı idarə edən Qapanlı kənd sakini Elbrus Tanrıverdiyev xəsarət almadan xilas ola bilib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.
Qarşı tərəf Azərbaycan ordusunun cavab atəşindən sonra susdurulub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.