banner
banner

Hərbİ

Emənistandan Azərbaycana sursat gətirilib

Emənistandan Azərbaycana sursat gətirilib

Yarım əsrdən çox yaşı olan Azərbaycan xalçası isə Ermənistana keçirilib. 

Ermənistandan Azərbaycana silah göndərilib. 
ANS PRESS-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə Ermənistandan Azərbaycana silah-susat aparılıb. Bu, Dövlət Gəlirləri Xidmətinin statistikasına statistikası zamanı üzə çıxıb. 
Ermənistanın komitə sənədlərinə əsasən, ölkəmizə gətirilən silah-sursatın gömrük dəyəri 84.55 dollar dəyərində olub.
Məsələyə Dövlət gəlirləri komitəsi münasibət bildirərək, qeyd edib ki, Ermənistan yığması Bakıda keçirilən Avropa Oyunlarında güllə atıcılığı üzrə yarışlarda iştirak etmək üçün 400 ədəd "5,6 mm-lik" patron aparıb.  
Mənbədən verilən məlumata görə, 2014-cü ildə Azərbaycandan Ermənistana xalça aparılıb. Komitənin məlumatında qeyd edilir ki, xalçalar Azərbaycan istehsalıdır, amma Ermənistana başqa ölkələrdən gətirilib.
 
Xalça 2014-cü ilin oktyabrında Ermənistana aparılıb. Xalça "Matenadaran" qədim əl yazmalar institutuna mədəni irs nümünəsi kimi təqdim edilib. Onun ölçüsü 3,17 kvadrat metr və dəyəri 596,45 dollar olub. Bu, 1940-50-ci illərə aid "Şəki-Şamaxı" xalçasıdır.
 
Dövlət gəlirlər komitəsi xalçanın Ermənistana ABŞ-dan gətirildiyini vurğulayıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.