banner
banner

İdman

Daha bir azərbaycanlı atletdə dopinq aşkarlandı

Daha bir azərbaycanlı atletdə dopinq aşkarlandı
Azərbaycan təmsilçisi 2023-cü ilin sonlarınadək yarışlarda iştirak edə bilməyəcək.
 
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən atletlərin siyahısını açıqlayıb. 
 
Report.az-ın məlumatına görə, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan idmançılar arasında Azərbaycan təmsilçisi İntiqam Zairov da var.
 
İdmançımız həmin olimpiadada 85 kq çəki dərəcəsində çıxış edib və iki hərəkətin cəmində 361 kq (birdən 166 kq, təkanla 195 kq) nəticə ilə 9-cu yeri tutub. Təkrar yoxlama zamanı ağırlıqqaldıranımızın dehidroxlorometiltestosteron qəbul etdiyi məlum olub.
 
Qeyd edək ki, İ.Zairovun orqanizmindən 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında dehidroxlorometiltestosteron və nandrolon, 2013-cü il Avropa çempionatında isə dehidrometiltestosteron aşkarlanıb. İdmançı 2023-cü ilin sonlarınadək bütün yarışlardan kənarlaşdırılıb.
 
Xatırladaq ki, daha öncə IWF Azərbaycanın 6 ağırlıqqaldıranını uzun müddətə diskvalifikasiya edib. İntiqam Zairovdan əlavə, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev və Valentin Xristov 8 il (dekabr, 2023), Dadaş Dadaşbəyli 4 il (dekabr, 2019) müddətinə bütün yarışlardan kənarlaşdırılıblar.  


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.