banner
banner

Hərbİ

Təmas xəttində ATƏT müşahidəçilərinin sayı artırılacaq

Təmas xəttində ATƏT müşahidəçilərinin sayı artırılacaq

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər.

"Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar, hansı ki, burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyənATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub", - deyə Rusiya XİN başçısı qeyd edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.