banner
banner

Sosİal

Metro stansiyalarında yeni oturacaqlar quraşdırılır

Metro stansiyalarında yeni oturacaqlar quraşdırılır

Ötən il Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bəzi metro stansiyalarının platformalarında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yığışdırdığı oturacaqların yenidən quraşdırlımasına başlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, hazırda metronun "Elmlər Akademiyası" stansiyasının platformasında yeni oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib: "Keçən il stansiyalarda təhlükəsizlik tədbirlərini gücləndirmək üçün bəzi stansiyalarda platformalardakı oturacaqlar yığışdırılmışdı. İndi həmin stansiyalarda yeni və müasir oturacaqların quraşdırılmasına başlanıb. Artıq "Elmlər Akademiyası" stansiyasında həmin oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib. Yaxın günlərdə "Cəfər Cabbarlı" və "Sahil" stansiyalarının platformalarında da oturacaqlar quraşdırılacaq".

N.Paşayev bildirib ki, adıçəkilən stansiyaların hər birinin platformasında 10 oturacaq quraşdırılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.