ABŞ vitse-prezidenti Bəşər Əsədlə Səddam Hüseyni səhv saldı
ABŞ-ın vitse-prezidenti Co Bayden Suriya prezidenti Bəşər Əsədlə İraqın edam edilən keçmiş lideri Səddam Hüseyni səhv salıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Barak Obama administrasiyasının Suriyanın gələcəyi haqda siyasəti ilə bağlı suala cavabında o, Əsədi Səddam adlandırıb: “Biz beynəlxalq aləmlə Suriyada münaqişənin sülh yolu ilə nizamlanması, eyni zamanda Səddamın postunu tərk etməsi və hakimiyyətdən məhrum edilməsi istiqamətində işləyirik”.
Amma jurnalist onun səhvini düzəldib: "Əsədin hakimiyyətdən məhrum edilməsi...".
Bundan sonra Co Bayden də dediklərinə düzəliş edib: "Üzr istəyirəm, Əsədin...".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.