Amerika kubokunda ikinci finalçı müəyyənləşib. Yarımfinalda Kolumbiya ilə qarşılaşan Çili millisi 2:0 hesabı ilə qalib gələrək finala çıxıb. Çili finalda Argentina ilə qarşılaşacaq. İyunun 27-də keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 04:00-da başlayacaq. Üçüncü yer uğrunda oyun isə iyunun 26-da ABŞ və Kolumbiya milliləri arasında keçiriləcək. Amerika kuboku Yarımfinal Kolumbiya – Çili – 0:2 Qollar: Aranquiz, 7, Fuenzalida, 11
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.