banner
banner

Polkovnikə Salam

Polkovnikə Salam
Yazar: Asəf Novruzov

(1-ci yazı)

Bu gecə, hələ də özümə gələ bilmədiyim bir yuxu görmüşəm. Cənab polkovnik, yuxuma girmişdiniz. Amma bu yuxu heç kimin ağlına gəlməyəcək qədər dəhşətli idi.
Yuxuda gördüm ki, aşiq olmusunuz. Fərhadı, Kərəmi, Məcnunu belə kölgədə qoyacaq qədər “böyük” və bir o qədər də ciddi sevgi idi. Sizi buna görə təqdir edirəm. Sevmək gözəldir. Yaş, irq, din, milliyyət tanımır. Sevmək heç bir əngəlsizdir. Heç vəzifəyə, daşıdığın statusa da baxmır. Sevgi insanı, yaşadır, ruhunu aydınladır, pisliklərdən uzaq edir. Amma gördüyüm yuxuda nəsə bir ziddiyyət var idi. Xoşbəxtlikdən yenidən yuxuya keçdim, yuxunun ardını görməyə davam etdim. Elə ziddiyyətli məqam burada üzə çıxdı. Bu sevgi yuxarıda sadaladığım sevgidən deyilmiş. Yuxuda gördüm ki, ailənizə daxil fərdlərdən birinə qarşıdır bəhs etdiyim sevgi.

Cənab polkovnik, qeyrətin el dilində açıqlamasını xatırladım sizə! El arasıda “qeyrət” insanın öz namusu, şəxsiyyəti, vətəni, dini və mal dövlətinin qorunmasına deyilir. Qeyrətli insanın bütün bu qeyd olunmuş mövzuların müdafiəsində şifəti şiddətlə dəyişdiyinə görə ona qeyrətli ləqəbi verilir. Bütün bu mənaların müqabilində hər kəs öz namusu, şəxsiyyəti, vətəni, dini və mal dövlətinə qarşı təcavüz olarsa, o bunu müdafiə edib, yerindən tərpənməsə, el ona “qeyrətsiz” ləqəbi verir. Amma sizin namusunuza elə özünüz toxunmusunuz. Cənab polkovnik, eyş-işrət həvəsinə yenilib, iki qəpiklik etdiyiniz namusunuza görə, bəs sizə nə ad verək?
Adətən görmüşük, siyasətçilər, vəzifə sahibləri gördüyü işlər, örnək əməlləri ilə gündəmə gəlir. Bəs siz öz namusunuza göz qoyaraq, necə bu məsələ ilə gündəmdə qalmağa risk edirsiniz? Adamın xanımı, xarici görkəminə görə çirkin ola bilər. Bəs bilmirdiniz ki, özünüzdən yaşca böyük qadınla evləndikdən bir neçə il sonra gözünüz başqa gözəlliklər axtaracaq?

Başa düşürəm, sizin də ürəyiniz var, siz də sevmək istəyirsiniz. Amma sevmək öz qeyrətini yerlərdə süründürmək, sevgisinə qarşılıq ala bilmədikdə nakişilik etmək deyil, Cənab Polkovnik.

Azyaşlı bir xanıma göz qoymaq, arxasından sürünmək, onun üçün ağlamaq, ona yalvarmaq, ondan başqa gözünüzün kimisə görməməsi qəbahət deyil. Amma onu şantaj, hətta müəyyən bir müddətdən sonra öz həyat yoldaşını bu işə alət etmək, kişilikdən deyil, Cənab Polkovnik.

Bir ürəkdə həm sevgi, həm nifrət daşımaq üçün böyük qəlbə sahib olmaq lazımdır. Siz o qəlbdə həm sevgi, həm nifrət, həm şöhrət, həm risk, həm macəra, həm öz həyat yoldaşınızı, həm də başqasının həyat yoldaşını daşıyırsınız. Düzdü sevgi istiqamətdir, ama nifrət sondur, sevgi həyat, nifrət bataqlıqdır, sevgi varlıq, nifrət isə yoxluqdur. Cənab Polkovnik, sizin sevginiz dillərə dastan olsa, bataqlıqdakı sonunuz və o sondakı yoxluğunuza hazırsınız?

Namus, qeyrət üstündə adamın atasını necə yandırırlar, görürsünüz də! Biri qisas almaq üçün cinsiyyət orqanın kəsir, biri doğrayıb tikələrini çantaya yığır, biri diri-diri yandırır. Sizin kimi şəxs necə olur bütün bunları gözə alır? Bu qədər cəsarətlisiniz, Cənab Polkovnik?

Belə bir söz var, deyirlər, bir yalanı ört-basdır eləmək üçün, daha 7 yalan uydurmaq lazımdır. İllərcə öz yalanlarınızda boğulmadınız?

Özünüzdən yaşca kiçik, özüdə ailə üzvünüzü illərlə gözümçıxdıya salmaq, təhdidlə onu yatağa salmağı qeyrətinizə necə sığışdırırsınız. Bəs düşünmürsünüz ki, ərinin, qardaşının bu məsələdən xəbəri olar, nəsildən biri kişi bundan agah olar və sizi alt üst edər?

Çox öyünməyin, atdığınız o oxlar bir gün geri dönər. Namus məsələləri ilə zarafat etmək olmaz!

Bir qadının gözəl əndamına, biganə qala bilməyən polkovnikə necə etibar etməli?

Düzdü ata qızını, qardaş bacısını, əmi qardaşı qızını zorlayan bir cəmiyyətə gəlib çıxmışıq. Ola bilər, siz də bu vəziyyətdən təsirlənmisiniz. Amma, istənilən halda, nə tutduğunuz mövqe, nə oturduğunuz “kreslo” sizə bu cür nakişilik etməyə icazə vermir.

Bu günlərdə belə bir yazı oxudum. Mövzu təxminən bu idi: “Ağsaqqalların, ziyalıların cəmiyyətimizi əxlaqsızlıqdan qorumaq üçün tutacağı işığa ehtiyacı var”.
Yazını oxuyan kimi ağlıma nədənsə siz gəldiniz, Cənab Polkovnik. Əgər ağsaqqal, ziyalı, vəzifə sahibi bu cür nakişiliyə imza atırsa, adi vətəndaşdan nə gözləyə bilərik?
Namus söhbətləri ilə zarafat etmək olmaz. Əgər bunu etmisinizsə, böyük ehtimal bilməmisiniz. Elə isə xatırlatma edim sizə. Namus ismət, düzgünlük, iffət, ədəb, həya, nizam, təhlükəsizlik kimi bir çox mənası var. Amma ümumi olaraq, namus ailədir, anadır, qızdır, oğuldur. Namus o ailəyə daxil olan digər fərdlərdir, bu istər bacı qızı olsun, istər qardaş qızı olsun, istərsə də baldız qızı olsun.

Bunlardan birinə göz qoymaq, qara fikirə düşmək namussuzluqdur, yox, fahişəlikdir. Çünki ailəsinin fərdinə şəhvət hissi olan insana bundan daha ağır və ya daha yüngül bir ad düşünə bilmədim, Cənab Polkovnik.

Ardı var....



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: