banner
banner

İdman

İlin qalibləri mükafatlandırıldı

İlin qalibləri mükafatlandırıldı

Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri” layihəsinin yekunları ilə əlaqədar mükafatlandırma mərasimi keçirib.

Qol.Az-ın məlumatına görə, "Demirchi Tower”də təşkil olunacaq tədbirdə Gənclər və İdman Nazirliyi, müxtəlif federasiyalar veteran futbolçular və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

Saat 12:00-da başlanan tədbir zamanı İAM-ın jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində aşağıda qeyd olunan 8 nominasiya üzrə qaliblər müəyyənləşib:


1. İlin idman xadimi: Azad Rəhimov (Gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunlarının baş icraçı direktoru)

2. İlin yerli idmançısı: Hacı Əliyev (sərbəst güləş üzrə Avropa və dünya çempionu)

3. İlin yerli futbolçusu: Qara Qarayev ("Qarabağ")

4. İlin əcnəbi idmançısı: Riçard Almeyda ("Qarabağ")

5. İlin komandası (kollektiv idman növləri üzrə): "Qarabağ"

6. İlin baş məşqçisi (bütün idman növləri üzrə): Qurban Qurbanov ("Qarabağ")

7. İlin idman jurnalisti: Natiq Muxtarlı ("Komanda" qəzeti)

8. İlin mətbuat katibi: Nurlan İbrahimov ("Qarabağ")

Qeyd edək ki, İAM "İlin qalibləri” layihəsi üzrə ilk tədbiri 2013-cü ilin sonlarında həyata keçirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.