banner
banner

Gündəm

Yerevanda beş azərbaycanlı uşaq zəhərləndi RƏSMİ

Yerevanda beş azərbaycanlı uşaq zəhərləndi RƏSMİ

Yerevanda İran İslam Respublikasının əslən azərbaycanlı olan beş vətəndaşı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

11-13 yaş arası olan uşaqlar təcili yardım maşınında xəstəxanaya çatdırılıblar. Bütün uşaqlarda həmin gün səhər ürək bulanması, qusma və daha sonra ishal baş verib. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib. Hazırda uşaqların vəziyyəti ağır kimi qiymətləndirilir.

Ötən gün Yerevana İranın Qorqan şəhərindən təxminən 50 nəfərdən ibarət bir qrup gəlib. Valideyn və məşqçilərin müşayiəti ilə gələn 11-13 yaş aralığında olan uşaqlar idman məktəbinin şagirdləridir. Onlardan 15 nəfəri (10 böyük və 5 uşaq) Yerevanda həyət evini kirayələyib. Zəhərlənən 5 uşaq bu evdə yaşayıb. Xəstəxanaya yerləşdirməzdən bir gün əvvəl onlar şam yeməyinə balıq konservləri yeyiblər. Qalan uşaqlar və həmin qrupdan olan böyüklər şam yeməyinə İrandan gətirdikləri düyü yeyiblər.

Qorqanda yaşayanların əksəriyəti türklərdir və onlar Azərbaycan ləhcəsində danışırlar. Onlar 14-cü əsrdə Teymurləng tərəfindən Konya və Suriyadan Azərbaycana geri qaytarılmış Rumulu və Şamılı (Şahsevənlər) tayfalarının bir qoludur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.