Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əsas təşəbbüskarı, Londonun keçmiş meri, Konservantlar Partiyasından olan siyasətçi Boris Conson Devid Kemeronun istefasından sonra bu posta əsas namizəddir.
CNN xəbər verir ki, Britaniya referendumunun nəticələri həm onun, həm də Kemeronun karyerasında yeni mərhələnin başlanğıcı oldu.
Lakin gələcək baş nazir bu gün ictimaiyyət qarşısına heç də arzuolunan şəkildə çıxmayıb. Böyük qələbəsindən sonra mətbuat üçün heç bir açıqlama vermək istəməyən B.Conson evinin qarşısına toplanmış jurnalistlərə məhəl qoymadan avtomobilinə oturub və uzaqlaşıb.
Maraqlı məqam budur ki, Devid Kemeron istefa verəcəyini açıqlamadan öncə, dünən axşam referendumun nəticəsindən asılı olmayaraq onun istefa verməməsini xahiş edən 80 konservant avroseptik deputat arasında B.Conson da olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.