Bu gündən etibarən silah ticarətini nizama salacaq beynəlxalq müqavilə qüvvəyə minib. CİA.Az "Report"a istinadən xəbər verir ki, sənəd 2013-cü ildə BMT Baş Assambleyasında dünyanın 130 ölkəsi tərəfindən imzalanıb.
Müqavilə tərəfdarları əmindirlər ki, indi silah satışı daha şəffaf olacaq və silahın cinayətkarlar tərəfindən tədarükünün qarşısını ala biləcək. Müqavilə 130 ölkə tərəfindən imzalansa da, hazırda onu yalnız 62 ölkə təsdiq edib. Müqavilənin əleyhinə üç ölkə - Suriya, Şimali Koreya və İran çıxış edib. Rusiya da daxil olmaqla 23 dövlət bitərəf qalıb. Ekspertlərin qiymətləndirməsinə görə, qlobal silah bazarında illik rəsmi dövriyyə təqribən 85 milyard dollar təşkil edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.