banner
banner

Hərbİ

ANAMA: piyada əleyhinə mina aşkar olunub

ANAMA: piyada əleyhinə mina aşkar olunub

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) iyunun 3-də Ağcabədi, Ağdam və Bərdə rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan bildirilib ki, iyunun 27-də 2 əkin sahəsinə, çay sahilinə və yarımtikiliyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) və 1 ədəd OZM-72 markalı piyada əleyhinə mina aşkar olunub.

Top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınıb, piyada əleyhinə minanın daşınması təhlükəli olduğuna görə yerində zərərsizləşdirilib. Gün ərzində 5 500 kv. m ərazi təmizlənib.

 

Ağcabədi rayonu

Arazbar kəndi – Qar-Qar çayın sahilindən 1 ədəd partlamamış piyada əleyhinə mina (OZM-72) aşkar olunub, minanın daşınması təhlükəli olduğuna görə, partlayış yolu ilə yerində zərərsizləşdirilib, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin və FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzi məlumatı )

 

Ağdam rayonu

Mahrızlı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamış hərbi sursatın (9M22U raketi – Qrad ) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 000 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzinin məlumatı)

Əhmədağalı kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, top mərmisinin

partlamış qalıqları aşkar olunub, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzinin məlumatı)

 

Bərdə rayonu

Kələntərli kəndi – Qaz zavodunun yaxınlığındakı yarımtikili əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) aşkar olunub, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınıb, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzinin məlumatı).

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.