Müğənni Mahsun Kırmızıgül illər sonra mahnı oxuyacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, apreldə dünyasını dəyişən musiqiçi Attilla Özdemiroğlunun 60-cı sənət ilini qeyd etmək üçün müğənnilər bir araya gələcəklər.
Bu il albom buraxmağı planlaşdıran, lakin vəfatına görə bu işi yarımçıq qalan musiqiçinin həyat yoldaşı Hepgül Özdemiroğlu ərinin xatirəsi üçün onun arzusunu yerinə yetirəcək. Buraxılacaq albomda Sezen Aksudan tutmuş Mehmet Erdeme kimi bir çox adam A.Özdemiroğlunun mahnılarını səsləndirəcək.
Albom 26 mahnıdan ibarət olacaq. İllərdir müğənniliyi tərkf edərək film sahəsinə gələn M.Kırmızıgül də həmin mahnılardan birini səsləndirəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.